Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 15-07-2016 12:58 | Bölmə: İqtisadiyyat

Azərbaycan Respublikası Tarif (qiymət) Şurası "Azərişıq” və "Azərenerji” ASC-lərin müraciətlərini nəzərə alaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərarında bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifini 4,3 qəpik, pərakəndə satış tarifini isə 7 qəpik müəyyən edib. Tarif Şurası sonuncu dəfə elektrik enerjisi qiymətinin 2007-ci ilin yanvar ayında dəyişdirildiyinə diqqət çəkərək qərarında bildirir:
"Ötən 10 ilə yaxın müddət ərzində istehsal güclərinin artırılması, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması, enerji təchizatının davamlılığının təmin edilməsi üçün böyük həcmdə investisiya qoyulub və xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. İstehsalçının və paylayıcı şəbəkənin balansına xeyli tikili, qurğu, ötürücü qurğu, maşın və avadanlıqlar qəbul edilmişdir ki, bu da saxlanma və təmir xərclərinin artımını şərtləndirib.
Son 10 ildə enerji sisteminin istehsal gücü 5590 meqavatdan 7160 meqavata çatdırılıb, abonentlərin sayı təxminən 1 milyona yaxın artaraq 2,5 milyonu ötüb.
Qeyd edək ki, əhali qrupu üzrə abonentlərin sayğacla təmin edilməsi ödənişsiz olaraq paylayıcı şəbəkə tərəfindən həyata keçirilir.
Bu illər ərzində transformatorların, elektrik avadanlıqları və komplektləşdirici vasitələrin, digər xammal və materialların qiymətlərində ciddi artım müşahidə edilib. Bununla yanaşı, elektrik stansiyalarının və paylayıcı şəbəkələrin normal istismar vəziyyətində saxlanılması və artan elektrik enerjisi tələbatının ödənilməsi üçün irihəcmli investisiya qoyuluşları tələb olunur.
Enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib.Təsdiq edilmiş yeni tariflər region ölkələrindəki faktiki tariflərlə müqayisədə aşağı səviyyədədir”.
Şuranın qərarında qeyd edilir ki, tarif tənzimləməsindən sonra əldə ediləcək gəlir müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılmasına, bu sistemdə çalışan 18 mindən artıq işçinin əmək haqlarının artırılmasına imkan verəcək:
"Yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvəyə minəcək. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək".
Qeyd edək ki, bu qərara qədər elektrik enerjisininpərakəndə satış tarifi 6 qəpik olub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Azərbaycanda elektrik enerjisinin pərakəndə və topdansatış qiymətlərinin artırılmasına münasibət bildirərkən Modern.az-a deyib ki, bu, növbəti ərzaq bahalaşması üçün zəmindir:
"Elektrik enerjisinin həm topdansatış, həm də istehlak qiymətinin qaldırılmasının obyektiv və subyektiv səbəbləri var.
Birincisi, Azərbaycanda manat qıtlığı və bundan yaranan problemlər var. Neftin qiymətinin kəskin ucuzlaşması, milli valyutanın 2 dəfə devalvasiyaya uğraması hökuməti bu addımı atmağa vadar etdi. Çünki müəyyən məsələləri tənzimləmək lazımdır. Hələ 2004-cü ildə cənab prezident qeyri-neft sektorunun inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması tapşırıqlarını vermişdi. Üstündən 12 il keçib, amma biz buna nail ola bilməmişik”.
V.Əhmədov bildirib ki, bu addımı atmaqla hökumət ən asan yolu seçib:
"Ən asan yol qiymətlərin qaldırılması və yükü əhalinin çiyinlərinə atmaqdır. Mənim bu addıma görə hökumətə haqq qazandırmaq fikrim yoxdur. Çünki qiymət artımı bütün məhsullara təsir edəcək. Elə bir məhsul yoxdur ki, onun maya dəyərində elektrik enerjisi olmasın. Əhali üçün 16 faiz qiymət artımı həddindən artıq çoxdur. Xüsusilə pensiya alanlar üçün bu, çətinliklər yaradacaq”.
Deputatın sözlərinə görə, proseslərin qarşısını almaq üçün köklü islahatlar aparılmalıdır: "Cənab prezidentin də bildirdiyi kimi, kənd təsərrüfatında müəyyən artımlara nail olduğumuz kimi, digər sahələrdə də bunu etməliyik. İlk növbədə bank sektorunun sağlamlaşdırılmasını yekunlaşdırmaq lazımdır. Xidmət, turizm sektoruna diqqəti artırılmalıdır. Neftin qiymətinin qalxmasını gözləməkdənsə, bu sektorlarda inkişafa nail olmalıyıq.
Ən əsası çevik hökumət olmalı və gecə-gündüz işləməlidir ki, bu böhrandan çıxa bilək”.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər