20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
ABŞ-ın Avropa İttifaqına qarşı gömrük rüsumları təsdiqləndi
Tarix: 03-10-2019 14:14 | Bölmə: İqtisadiyyat
ABŞ-ın Avropa İttifaqına qarşı gömrük rüsumları təsdiqləndi

5 ölkənin birgə müəssisəsi - "Airbus"a verilən qeyri-qanuni dəstəklə əlaqədar ABŞ-ın Avropa İttifaqına (Aİ) tətbiq etdiyi 7,5 milyard dollarlıq gömrük rüsumları təsdiqlənib.

Bu barədə qərarı Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qəbul edib.

Xatırladaq ki, rəsmi Vaşinqton bu rüsumlarla yerli təyyarə istehsalçısı “Boeing” korporasiyasına dəstə verir.

ABŞ-ın addımlarına münasibət bildirən Aİ-nın ticarət komissarı Sesiliya Malmström bildirib ki, əgər sözügedən rüsumlar tətbiq edilərsə, buna cavab verməkdən başqa çarə qalmayacaq.

Avropa tərəfinin cavab tədbirləri 2020-ci ildə baş tuta bilər. Bu halda tərəflər arasında ticarət gərginliyinin daha da artacağı gözlənilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər