10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
ABŞ Konqresinə Rusiya ilə ticarəti qadağan edəcək qanun layihəsi təqdim edilib
Tarix: 11-09-2025 11:07 | Bölmə: İqtisadiyyat
ABŞ Konqresinə Rusiya ilə ticarəti qadağan edəcək qanun layihəsi təqdim edilib

ABŞ konqresmeni Co Vilson Konqresə Rusiya ilə ticarəti dayandırmaq üçün “Cekson-Venik” düzəlişinin bərpasını nəzərdə tutan qanun layihəsi təqdim edib.

Reyting.az
xəbər verir ki, bu barədə konqresmen “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Konqresmenin sözlərinə görə, keçmiş prezident Barak Obama və ABŞ dövlət katibi Con Kerri “Rusiya ilə sıfırlama” adlı “səhv siyasət” zamanı bu qanunu ləğv ediblər və “bu, müharibə cinayətkarı Putini Krımın işğalına təşviq edib”.

Qeyd edək ki, “Cekson-Venik” düzəlişi 1974-cü ildə qəbul edilən ABŞ qanunudur.

Sovet İttifaqı dağılandan sonra qanun Rusiyaya şamil olunmağa davam etsə də, ABŞ prezidentləri bu ölkə ilə ticarət etmək üçün hər il onu “dondurublar”.

Eyni zamanda, 2012-ci ildə qanun ləğv edilib və yerini Maqnitovski Aktı (konkret Rusiya rəsmilərinə qarşı sanksiyalar) tətbiq olunub.

Bundan əvvəl ABŞ senatoru Lindsi Qrem ABŞ Konqresinin Polşaya hücumundan sonra Rusiyaya qarşı daha sərt sanksiyaları dəstəkləməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, amerikalıların məqsədi müttəfiqlərə artan təhlükəyə qarşı durmaq imkanı verməkdir.

ELÇİN




Bölməyə aid digər xəbərlər