Rusiya Ukrayna sərhədi yaxınlığındakı hava limanını açıb
Tarix: 12-09-2025 00:07 | Bölmə: İqtisadiyyat
Rusiya Ukrayna sərhədi yaxınlığındakı hava limanını açıb

Ukraynanın Rusiya ərazisinə dərin zərbələrinin güclənməsi fonunda ruslar 2022-ci il fevralın 24-dən bağlı olan Krasnodar hava limanını kommersiya aviasiyasına açmaq qərarına gəliblər.

Reyting.az
xəbər verir ki, bu barədə “Rosaviasiya” Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Krasnodar hava limanının açılması regionda sakinlər və biznes üçün imkanları artırmaqla yanaşı, Azov və Qara dənizlərin kurortlarında istirahəti daha əlçatan edəcək. “Rosaviasiya” Rusiya operatorlarını Krasnodar hava limanının iş parametrləri barədə məlumatlandırıb”, - deyə məlumatda qeyd olunur.

“Rosaviasiya” iddia edir ki, texniki və hüquqi baxımdan hava limanı bu gün səhərdən uçuşları qəbul edə bilərdi, amma əslində, müntəzəm uçuşlar yalnız sentyabrın 17-dən gözlənilir:

Moskvadan ilk uçuşu “Aeroflot” həyata keçirəcək.

Qeyd edək ki, Ukraynanın tammiqyaslı işğalı günü Rusiya Ukrayna sərhədinə yaxın bütün hava limanlarını - Bryanskdan tutmuş işğal olunmuş Krıma qədər bağlayıb. Cəbhə xəttindən nisbətən uzaqda yerləşən Krasnodar hava limanı artıq son vaxtlar uçuşların bərpa olunduğu üçüncü hava limanı olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər