23:52 / 09-07-2025
10 israilli girov azad olunacaq
22:19 / 09-07-2025
Dağıstanda 270-dən çox adam sudan zəhərlənib
20:50 / 09-07-2025
Gələcəyin yol xəritəsi - Sadiq Qurbanov yazır
19:19 / 09-07-2025
Sabah bəzi bölgələrə dolu düşəcək - Xəbərdarlıq
18:52 / 09-07-2025
Etiraz aksiyalarına reaksiya sərt olub
18:48 / 09-07-2025
Pərviz Şahbazov: "OPEC-lə əməkdaşlığa dair müzakirələr apardıq"
18:39 / 09-07-2025
Putin Rusiyaya bir milyon hindistanlı gətirəcək
18:30 / 09-07-2025
İsrailə silah daşıyan gəminin qarşısı kəsiləcək
18:23 / 09-07-2025
Kreml Trampın Moskvanı bombalamaq hədəsinə münasibət bildirib
18:05 / 09-07-2025
Prezident İlham Əliyev BƏƏ-də: yeni saziş imzalanıb - (Yenilənib) - Fotolar
18:03 / 09-07-2025
Şikayətçi: “Gecə arvadımın meyitini mənə verdilər”
17:50 / 09-07-2025
Sabiq məhkəmə hakimi kassasiya şikayəti verib
17:42 / 09-07-2025
Daha 24 maşın hərraca çıxarılıb
17:36 / 09-07-2025
Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları təsdiqlənib
17:36 / 09-07-2025
Özünü təyyarənin mühərrikinə atan şəxs ölüb
17:29 / 09-07-2025
Ermənistanda Rusiya əleyhinə etiraz aksiyası keçirilib
17:23 / 09-07-2025
Qaradağda səkiyə çıxan maşın iki nəfəri vurub - Ölən var
17:21 / 09-07-2025
Kremlin planı Rusiyanı xilas edə bilməyəcək
17:18 / 09-07-2025
Səbayıl Bağırovla müqaviləyə xitam verilib
17:10 / 09-07-2025
Tələbələrin köçürülməsinə başlanılır
16:41 / 09-07-2025
Hindistanda körpü çöküb, maşınlar suya düşüb
16:06 / 09-07-2025
Sabiq rəis və sektor müdiri hakim qarşısına çıxarılıblar
15:49 / 09-07-2025
Professor: Azərbaycanla bağlı reallığı Rusiyada da yaxşı dərk edirlər
15:29 / 09-07-2025
Mərkəzi Bank: "Manatın ucuzlaşması uzunmüddətli deyil"
15:02 / 09-07-2025
“Gəncə” klubu argentinalı mütəxəssislə anlaşıb
14:27 / 09-07-2025
Azərbaycan-Ermənistan sərhədində təxribatlar ola bilər - Ekspert
13:59 / 09-07-2025
Rusiya 728 dronla hücuma keçib
13:54 / 09-07-2025
Azərbaycan vətəndaşı Gürcüstandan deportasiya edilib
12:16 / 08-07-2025

15:10 / 07-07-2025

20:15 / 06-07-2025

09:26 / 05-07-2025

13:32 / 06-07-2025

10:35 / 05-07-2025

09:47 / 06-07-2025

11:01 / 07-07-2025

17:43 / 07-07-2025

12:19 / 05-07-2025

22:09 / 06-07-2025

18:33 / 07-07-2025

"“Kölgə iqtisadiyyat”ından leqallaşmaya sürətli keçid baş verir" - Vüsal Qasımlı gələn ilin büdcəsini detallı şərh etdi
Tarix: 17-12-2019 16:32 | Bölmə: İqtisadiyyat

Prezident İlham Əliyev ötən gün "2020-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiq edib. Gələn il büdcə gəlirləri 24 134 500 min manat, büdcə xərcləri isə 26 894 700 min manat olacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı növbəti ilin büdcəsini şərh edib.
- 2020-ci ilin büdcəsi fiskal dayanıqlılıq baxımından necə qiymətləndirirsiniz?
- Əvvəla onu deyim ki, 2020-ci il və sonrakı üç ilin icmal və dövlət büdcələri yeni büdcə qaydalarına əsasən hazırlanıb. Yəni büdcə xərcləri bir ildə 3%-dən çox arta bilməz. Azərbaycan infrastruktur, orta təbəqə və ordu quruculuğu sahəsində nailiyyətlər əldə etdikdən sonra büdcə qaydalarını tətbiq etməklə fiskal dayanıqlılığa üstünlük verir. Beləliklə, növbəti ildə 4,6%-lik inflyasiya proqnozu nəzərə alınmaqla icmal büdcə bu illə müqayisədə 2 117 milyon manat və ya 7,7% artmaqla 29 488 milyon manata çatır. Fiskal dayanıqlılığın daha bir əlaməti odur ki, cənab Prezidentin tapşırığına uyğun olaraq icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti növbəti ildə daha 1% azalaraq 29,1%-ə endiriləcək. Bu o deməkdir ki, icmal büdcə getdikcə neftdən daha az asılı olur. Xüsusən də nəzərə almaq lazımdır ki, gələn il sosialyönlü xərclər 2,6 milyard manat və ya 33,5% çox proqnozlaşdırılıb. Bir tərəfdən neft qiymətlərinin hər barelə görə növbəti ilin büdcəsində 5 dollar və ya 8,3% az götürülməsi, digər tərəfdən isə sosial xərclərin 33,5%-lik artımı fonunda büdcə qaydalarının pozulmaması fiskal dayanıqlılğın güclənməsi anlamına gəlir. Gələn il Dövlət Neft Fondundan büdcəyə transferin və hasilatın pay bölgüsü üzrə mənfəət vergisinin azalan həcmini qeyri-neft sektoru kompensasiya edəcək. Ümumilikdə fiskal dayanıqlılığın və onun ayrı-ayrı komponentlərinin, o cümlədən pensiya və səhiyyə sisteminin dayanıqlılığının artırılması istiqamətində konkret vəzifələr müəyyənləşdirilmişdi.
- Maraqlıdır, fiskal dayanıqlılığın artırılması nəyin hesabına baş verir?
- Burada iki mənbə var: qeyri-neft sektoru inkişaf edir və “kölgə iqtisadiyyat”ından leqallaşmaya sürətli keçid baş verir. Gələn il qeyri-neft sektorunun artımı 3,8% olacağı halda, qeyri-neft sektorundan büdcə daxilolmaları 3,2 dəfə üstün templə - 12%, qeyri-neft sektoru üzrə ixrac isə 4,8 dəfə üstün templə - 18,1% artacaq. Burada bir amili də nəzərə almaq lazımdır ki, həm 2019-cu, həm də 2020-ci illərdə “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər orta vergi dərəcəsini aşağı salır. 2020-ci ildəki vergi islahatlarında əsas məqsəd hamıya bərabər şəraitin yaradılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi yükünün yüngülləşdirilməsidir. 2020-ci ildə vergi islahatlarının bəzilərini qeyd edək: sabit qəbz almaqla vergi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin azaldılması, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi, dövlət büdcəsindən ödənilən ixrac təşviqinin vergidən azad edilməsi, yeni nəsil nəzarət-kassa aparatına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi, yeni tikilən binalardan dövlətə ayrılan hissəyə güzəştin verilməsi, sənaye və texnologiyalar parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddətinin 7 ildən 10 ilədək artırılması və s. Beləliklə, azalan vergi dərəcələri fonunda vergi gəlirləri artır. Ədəbiyyatda belə asılılığa Laffer əyrisi deyilir. Bu onu göstərir ki, vergi yükünün artması deyil, azalması büdcə daxilolmalarının çoxalması ilə nəticələnir. Çünki məcburetmə prinsipindən könüllü riayətə keçid baş verir, heç kimə “imtiyaz” tanınmaması rəqabət mühitini yaxşılaşdırır və iqtisadiyyatı gücləndirir. Beləliklə, ədalətli vergi rejimi həm də rəqabəti və iqtisadi artımı stimullaşdırır və yenidən bu yolla vergi bazasını genişləndirir. Vergi-gömrük siyasəti və iqtisadi artım arasında “müdrik çevrə” yaranır. Ödəyici verginin ədalətliliyinə nə qədər çox inansa, bir o qədər də intizamlı olacaq. Vergi ədalətə bağlıdır.
Bu il ərzində Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xəttilə aparılan islahatlar nəticəsində büdcə daxilolmalarının plandan təxminən 1 milyard manat çox olması proqnozlaşdırılır. Gəlirlərin artmasında qeyri-neft sənayesi, xidmət, ictimai iaşə, tikinti, habelə idxal əməliyyatları aparıcı rol oynayır. Beləliklə, qeyri-neft sektorunun barını görürük, bu sahədən yığım əmsalı artır.
Karbohidrogen sektorunda ÜDM-in gələn il 1, 6% və 2021-ci ildə isə 4,5% artımı proqnozlaşdırılır. Amma bu qaz hasilatının kəskin artması nəticəsində mümkün olacaqdır. Nəzərə almaq lazımdır ki, neftin mənfəət norması qazla müqayisədə bir neçə dəfə yüksək olduğundan, ölkənin, o cümlədən icmal büdcənin bu sahədən gəlirlərinin əhəmiyyətli artması mümkün deyil. Fiskal dayanıqlılığın təmin edilməsi yalnız qeyri-resurs iqtisadiyyatının inkişafı ilə mümkündür.
- Bəs dövlət büdcəsində xarici borca xidmətin dinamikası necədi?
- 2017-ci ildə cəmi xarici borca xidmət dövlət büdcəsinin xərclərinin 11%-ni təşkil etdiyi halda, 2025-ci ildə bu hədd 6,2%-ə endiriləcək. Prioritet layihələrimiz maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbəti ən yuxarı həddə çataraq geri dönməyə başlayıb. Növbəti illərdə mövcud xarici dövlət borcunun azalması, cəlb olunan yeni borclardan çox olacaq və tədricən xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ildə 12,0%-ə endiriləcək. Azərbaycan xarici borcun ÜDM-ə nisbətinə görə dünyada ən yaxşı vəziyyətdə olan ölkələrin sırasındadır. Hazırda strateji valyuta ehtiyatlarımız xarici borcu 6 dəfə üstələyir. Xarici borcun məzənnə,faiz, təkrar maliyyələşmə və əməliyyat riskləri təhlil olunur ki, təhdidlər yaranmasın. “Fitch”, “Moodys” və “Standart Poors” agentliklərinin Azərbaycan üçün müəyyən etdiyi kredit reytinqləri əlverişli şərtlərlə kreditlərin cəlb olunmasını zəmin yaradır. Lakin cənab Prezidentin mövqeyi belədir ki, Azərbaycanın onsuz da az olan xarici dövlət borcu daha da azaldılmalıdır.
Azərbaycanda daxili dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti isə heç vaxt 1%ə çatmayıb və gələcək illərdə də bu tendensiya qorunacaq.
- 2020-ci ilin büdcəsinin manatın məzənnəsinə təsiri necə olacaq?
- “Əkiz balanslar”a – tədiyyə balansına və icmal büdcənin balansına baxmaqla bu suala cavab vermək olar. Gələn il ticarət balansında ixracın 3,8%, idxalın isə 1,5% artması proqnozlaşdırılır. Ümumilikdə, ticarət balansında olan profisit 2020-ci ildə maliyyənin hərəkəti balansındakı kəsiri bağlayacaq və beləliklə, tədiyyə balansı tarazlaşdırılacaq. İcmal büdcənin kəsirinin də maliyyələşdirilməsi mənbələri müəyyənləşdirildiyindən manata təzyiq yaranmayacaq. Bu il valyuta bazarının təhlili onu göstərir ki, tələb-təklif tarazlığı təmin olunub və bank sistemində izafi likvidlik var. Buna görə də, növbəti il manatın məzənnəsinin sabitliyi proqnozlaşdırılır. Bu il inflyasiyanın aşağı olması səbəbindən real effektiv məzənnənin qismən ucuzlaşması qeyri-neft ixracının stimullaşdırılmasına gətirir.
- Fiskal stimullar inflyasiyanı sürətləndirə bilərmi? Axı pul bazası da artır?
- Pul bazası ilin əvvəlindən ¼-ə qədər artıb, amma inflyasiya hədəf göstəricisindən belə aşağıdadı. Fiskal stimulların, o cümlədən, sosial paketin qiymətlərə təsirini tənzimləmək üçün Mərkəzi Bank pul siyasəti alətlərindən istifadə edir. Məsələn, bu il uçot dərəcəsi dəfələrlə endirilib və faiz dəhlizinin diapazonu daralmışdır. Rəqəmsal ödənişlər üzrə dövlət proqramı uğurla icra olunur və kölgə iqtisadiyyatla mübarizə kəskinləşir ki, bu da nağdsız dövriyyənin artması və iqtisadiyyatın leqallaşması üçün vəsilədir. Nəticədə inflyasiyanı cilovlamaq üçün imkanlar artır. Pul tədavülü qanununa görə pul bazasının artması ilə yanaşı, həm də qeyri-neft sektorunun artması və qeyri-neft ixracının genişlənməsi də inflyasiyaya cilovlayıcı təsir göstərir. Artan pul kütləsinin arxasında yerli məhsul dayanır. Ölkənin strateji valyuta ehtiyatlarının ÜDM-in həcmini aşması həm manatın məzənnəsi, həm də inflyasiyanın cilovlanması üçün imkanlar yaradır. Təsəvvür edin ki, bu gün Azərbaycanda pul bazasında hər manatın arxasında səkkiz manat strateji valyuta ehtiyatı dayanır. Bunu hiss edən bazar iştirakçılarının inflyasiya gözləntiləri çox aşağıdır. Azərbaycanda cənab Prezidentin tapşırığı əsasında fiskal və monetar siyasətlərin uğurla uzlaşdırılması həyata keçirilir.
- Siz qeyd etdiniz ki, Azərbaycanın valyuta bazarında izafi likvidlik var? Bu likvidliyin real sektorun inkişafına yönəlməsi imkanlarını necə qiymətləndirirsiniz?
- Hazırda əsas çağırış bank sistemindəki izafi likvidliyin hesabına real sektorun kreditləşdirilməsini sürətləndirməkdi. Təsəvvür edin ki, banklar depozit və not hərraclarında təklifdən üç dəfə çox tələblə çıxış edərək, vəsaitlərini 6-7%-lə yerləşdirdikləri halda, biznes kreditlərinin artırılmasına az maraq göstərirlər. Artıq cənab Prezident hökumətin qarşısında bu problemin həllilə bağlı konkret tapşırıqlar müəyyənləşdirmişdi. Bankların kredit faizlərini müəyyənləşdirən xərc maddələri – cəlb olunan vəsaitə çəkilən xərc, əməliyyat xərci, risklər - və üstəgəl mənfəət elə bir faiz dərəcəsi müəyyənləşdirir ki, bəzən kredit faizləri ilə real sektorun indiki gəlirlilik səviyyəsi arasında uyğunsuzluq yaranır. Məncə bu problemin həlli üçün - həm banklar xüsusilə risk antipatiyasını azaltmaqla kredit faizlərinin əlçatarlığını təmin etməlidir, həm dövlət kredit zəmanət mexanizminin imkanlarından daha geniş istifadə etməlidir, həm də real sektor bankları inandıra biləcək (bankable) biznes layihələri təqdim etməlidirlər. Alternativ variant kimi Azərbaycanda biznesin maliyyələşdirilməsi üçün dünya bazarlarında kraudfandinq və kraudinvestinq imkanlarına baxılmalı, həmçinin vençur, mələk, toxum və s. investorların cəlb edilməsinə çalışılmalıdır. Məsələn, “EnterpriseAzerbaijan.com” portalı artıq bir neçə startap layihəsini Kickstarter platforması üzərindən təqdim etməklə ABŞ bazarından sərmayə cəlbinə başlayıb.
Azərbaycanda yalnız dövlət sərmayələri hesabına iqtisadi artımın stimullaşdırılması imkanları getdikcə məhdudlaşır. Yaradılmış əlverişli biznes mühiti və təşviq siyasətilə özəl sektorun drayver olduğu sürətli iqtisadi artım modelinə keçilməlidir. Maykl Spens “The next convergence” əsəsrində göstərirdi ki, davamlı və sürətli iqtisadi artıma nail olmaq üçün özəl investisiyalar ÜDM-in 15-17%-ni təşkil etməlidir. Azərbaycanda 2018-ci ildə qeyri-dövlət investisiyaları 8,8 milyard manat olmuşdusa, 2020-2023-cü illərdə bu göstərici illik 11-12 milyard manat intervalında dəyişəcək və ÜDM-in 15%-nə yaxınlaşacaq. 2020-2023-cü illərdə dövlət sərmayələri isə illik 7-8 milyard manat olmaqla liderliyi özəl sərmayələrə ötürəcək. Təqdirəlayiq haldır ki, 2020-2023-cü illərdə qeyri-neft-qaz sektoruna neft-qaz sektoruna nisbətən iki dəfə çox sərmayə yatırılacağı proqnozlaşdırılır.
Cənab Prezidentin strateji yol xəritələrində qoyduğu tapşırığa əsasən biz 2020-ci ilə qədər 3%-lik iqtisadi artım tempinə çatmalıydıq ki, buna nail olunub. 2018-ci ildə Azərbaycanın adambaşına düşən ÜDM-i alıcılıq qabiliyyəti pariteti ilə Ermənistanla müqayisədə 75%, Gürcüstan ilə müqayisədə 58% çox olub. İndi iqtisadi artımın daha da sürətləndirilməsi vəzifəsi qarşıya qoyulub. Əhali artımını da nəzərə alanda biz ən azı 5-6%-lik iqtisadi artım tempinə çıxmalıyıq.
- 2020-ci ilin dövlət büdcəsi həm də səhiyyə xərclərinin artması ilə xarakterizə olunur. Bu artımda icbari tibbi sığortanın tətbiqinin də payı varmı?
- Əlbəttə. Gələn ildən ölkəmizdə mərhələli şəkildə icbari tibbi sığorta tətbiqi olunacaq və bunun üçün də 2020-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 369 milyon manata yüksəlib. Yəni 2020-ci ilin dövlət büdcəsində icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər də nəzərə alınmaqla səhiyyə xərcləri bu illə müqayisədə 326, 5 milyon manat və ya 31,3% artırılıb. Burada diqqət yetirməli olduğumuz əsas məqamlardan biri “Tibbi sığorta haqqında” Qanununa təklif edilən dəyişikliklərin Milli Məclis tərəfindən qəbul edilməsidir. Dəyişikliyə əsasən, 2020-ci ilin yanvar ayının 1-dən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq. Qanuna əsasən bütün əhali sığortaolunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaqla bərabər hüquqa malik olacaq.
Göründüyü kimi icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclərin əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanacaq və əhaliyə göstərilin tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində böyük islahat tədbirləri həyata keçiriləcək.
Buradakı digər mühüm məqam isə ondan ibarətdir dünyanın bir çox ölkəsi ilə müqayisədə Azərbaycanda aşağı faizlə icbari tibbi sığorta haqları toplanacaq. Belə ki, 1 aprel 2020-ci il tarixindən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
Xarici təcrübəyə baxdıqda isə məlum olur ki, Türkiyədə 12,5%, Rusiyada 5,1%, Estoniyada 13%, Almaniyada 14,6%, Çex respublikasında 13,5% təşkil edir. Bu siyahını kifayət qədər uzatmaq olar. Ümumiyyətlə, bəzi ölkələrdə icbari tibbi sığorta haqqının yalnız işçi və ya yalnız işəgötürən tərəfindən ödənilir. Azərbaycanda isə dövlət büdcəsinin icbari tibbi sığorta ilə bağlı yükün böyük bir hissəsini üzərinə götürməsi də büdcənin sosialyönlü olmasının göstəricisidir.
- Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərini necə görürsünüz?
- Empirik tədqiqatlar göstərir ki, inkişafın sənayeləşmə mərhələsində ölkədə adambaşına düşən ÜDM 12-15 min dollara çatana qədər sənaye sahəsinin ümumi məhsul buraxılışında payı 25%-ə qədər yüksəlir. Bu mərhələ inkişafın industrializasiya mərhələsi adlanır. Azərbaycanda sənayenin ÜDM-də payı 40%-i aşır. İnkişafın sonrakı mərhələsi isə daha çox xidmət sahələrinin genişlənməsi hesabına olduğundan de-industrializasiya mərhələsi adlanır. İqtisadi inkişafın de-industrializasiya mərhələsi təməl amillərin, yəni institutların və insan kapitalının inkişafı ilə mümkündür. Məsələn, Çin təməl amillərin deyil, daha çox dövlətin müdaxiləsi hesabına inkişafa meylləndiyindən, iqtisadi artım potensialı getdikcə zəifləyir. Amma Koreya, Sinqapur və Honq-Konq dövlətin müdaxiləsi ilə sənayeləşmənin və təməl amillərin (institut və insan kapitalı) inkişafının uğurlu sintezini yaradaraq davamlı yüksək iqtisadi artım tempini əldə edir. Azərbaycan ikinci yolla getməlidir və gedir də. Prezident İlham Əliyev 2019-cu ildə inqilabi sosial islahatlar həyata keçirməklə insan kapitalının, hakimiyyətin bütün qolları üzrə dərin struktur islahatları ilə isə instutların inkişafını təmin edir. Təsadüfi deyil ki, 2020-2023-cü illərdə ən yüksək sürətlə inkişaf edən sahələrimiz xidmət sektorunda olacaq: məsələn, informasiya və rabitə xidmətlərinin bu dövrdə 30,1% və turistlərin yerləşdirilməsi və ictimai iaşənin isə 24,9% artacağı proqnozlaşdırılır. Hansı ki, sənaye bu dövrdə Azərbaycanda 14,2% artacaq. Azərbaycan de-industrializasiya dövrünə keçir. Bizim okeanlara çıxışımızın olmaması strateji olaraq de-industrializasiya seçimimizə daha bir arqument ola bilər. Çünki xidmət sektorunun inkişafı okeana çıxışı, sənaye və aqrar sahə qədər tələb etmir. De-industrializasiya sənaye və aqrardan imtina demək deyil, sadəcə xidmət sektorunun üstün artım tempinin təmin edilməsidir. Azərbaycan bir sıra tibb xidmətləri, təhsil, elm, nəqliyyat, logistika, İKT, maliyyə texnologiyaları, turizm kimi sahələrdə regional haba çevrilə bilər. Dünyada bir daha yeni “Silikon vadisi” yaranmayacaq. Amma dünyada sub-sektorlar və regionlar üzrə 30 yeni start-up habının yaranması proqnozlaşdırılır. Dördüncü sənaye inqilabı tələblərinə uyğun olaraq Azərbaycan məhz innovativ iqtisadiyyatın inkişafı istiqamətində getməlidir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:42
Daha 24 maşın hərraca çıxarılıb
Bu gün, 15:29
Mərkəzi Bank: "Manatın ucuzlaşması uzunmüddətli deyil"
Bu gün, 10:48
Ədliyyə Nazirliyi bu xidmətlərə 4 milyon xərcləyəcək
Dünən, 16:38
Daha 16 nəqliyyat vasitəsi özəlləşdirilib
Dünən, 15:25
Bank rəhbəri vəzifəsindən ayrılıb
Dünən, 15:18
Xəbərdarlıq edilmədən qaz kəsilməyəcək - Yeni qanun
7-07-2025, 22:43
Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib
7-07-2025, 13:46
Azərbaycanda kreditlərin faiz dərəcəsi artıb
7-07-2025, 13:15
Rusiya aviaşirkətləri iki gün ərzində böyük zərərlə üzləşiblər
7-07-2025, 09:53
Mərkəzi Bankın tenderi ləğv olunub
5-07-2025, 12:19
“AzerGold”-un qiymətli metal satışından gəlirləri artıb
4-07-2025, 15:45
“Moody’s" Azərbaycanın kredit reytinqini yüksəldib
4-07-2025, 11:34
Milli Məclis büdcənin icrasını təsdiqləyib
4-07-2025, 10:59
Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyulub
3-07-2025, 10:27
Dövlət büdcəsinin gəlirləri artıb
3-07-2025, 09:59
"Lazurit" nəqliyyat dəhlizinin inkişafı müzakirə olunub
1-07-2025, 10:33
Ağdamda İƏT-in Forumu keçirilir - Fotolar
30-06-2025, 17:34
Şuşada biznes forum keçiriləcək
30-06-2025, 17:03
Beş ölkədən Azərbayacana quş əti idxalına məhdudiyyət qoyulub
30-06-2025, 15:20
Dərmanların qiyməti yenidən tənzimlənib
30-06-2025, 13:43
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
30-06-2025, 11:33
Dünya bazarında neft ucuzlaşır
28-06-2025, 11:31
AZAL Bakı-Təl-Əviv-Bakı reyslərini bərpa edir
25-06-2025, 15:04
“Kontakt Home” qanunu pozub
24-06-2025, 19:09
İqtisadi Şuranın iclası keçirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib
24-06-2025, 14:08
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
23-06-2025, 17:20
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
23-06-2025, 12:41
Vüqar Bayramov: "Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq"
23-06-2025, 10:16
“Azərişığ”ın milyonluq tenderi - Əmək Müfəttişliyinin cəzalandırdığı şirkət "qalib gəlib"
23-06-2025, 09:18
TƏBİB-in 3.6 milyonluq tenderi ləğv olunub
21-06-2025, 18:07
AMEA-nın tenderi ləğv olunub
21-06-2025, 17:57
Dövlət Neft Fondunda yoxlama aparılıb
21-06-2025, 17:31
"Büdcə sistemi haqqında" qanun dəyişir - Detallar
21-06-2025, 11:37
Bank kartlarından pul oğurluğu davam edir
21-06-2025, 11:11
“Yaşayış minimumu haqqında” qanun dəyişib
21-06-2025, 10:44
Agentlik unun tpdansatış qiymətini açıqlayıb
21-06-2025, 10:12
Peşəkar mühasib sertifikatının verilməsi qaydası dəyişib
20-06-2025, 21:13
Avropa Rusiya qazından imtinaya görə 200 milyard avro itirib
20-06-2025, 18:23
Putin: Rusiya Avropada birinci, dünyada dördüncüdür
20-06-2025, 17:39
Növbəti depozit hərracı keçirilib
20-06-2025, 12:43
Dövlət mülkiyyətindəki avtomobillər satışa çıxarılıb
20-06-2025, 11:55
Peyk görüntüləri: İran neft ixracını sürətləndirib - Foto