Mərkəzi Bank məqsədli kredit verə bilməyəcək
Tarix: 25-04-2017 15:53 | Bölmə: İqtisadiyyat


Mərkəzi Bankın daha bir səlahiyyəti alınır.

Bununla bağlı məsələ "Mərkəzi Bank haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanundan 49-1 maddəsi çıxarılır.

Xatırladaq ki, hazırda qüvvədə olan maddə aşağıdakı kimidir:

"Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi 49-1.1. Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.

49-1.2. Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir".

Bu da o deməkdir ki, Mərkəzi Bank bundan sonra kredit təşkilatlarına məqsədli kredit verə bilməyəcək. Bu səlahiyyəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək.

Layihə səsə qoyularaq qəbul edilib.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər