21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Daha 5 dövlət əmlakı özəlləşdirilib
Tarix: 05-03-2021 13:55 | Bölmə: İqtisadiyyat
Daha 5 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi növbəti hərracda 5 dövlət əmlakı özəlləşdirilib.

Reyting.az
nazirliyə istinadla xəbər verir ki, həmin səhmdar cəmiyyətləri və kiçik dövlət müəssisələri Bakı şəhərində, Sabirabad rayonunda və Nefçala şəhərində yerləşir. Onların siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/2Pm3xMo, https://bit.ly/2PydMO1, https://bit.ly/3bPqy1K)

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib sifarişçi statusu ala bilər. Sifarişçilərin hərraca onlayn qoşulmaq imkanı da var.

Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər