21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Qızıl və gümüş idxalı ƏDV-dən azad edilib - Fərman
Tarix: 09-03-2021 18:37 | Bölmə: İqtisadiyyat
Qızıl və gümüş idxalı ƏDV-dən azad edilib

Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Eyni zamanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı da ƏDV-dən azad olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər