21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
“Saudi Aramco” Asiya və ABŞ üçün neft qiymətlərini artırıb
Tarix: 09-03-2021 20:38 | Bölmə: İqtisadiyyat
“Saudi Aramco” Asiya və ABŞ üçün neft qiymətlərini artırıb

Səudiyyə Ərəbistanı Asiya və ABŞ-dakı alıcıları üçün aprel ayında çatdırılma ilə neft qiymətlərini qaldırıb.

“angi.ru” xəbər verir ki, bu addım OPEC+in gələn ay hasilatı artırmamaq qərarı fonunda atılıb.

Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” “Arab Light” markalı neftin Asiya bazarı üçün qiymətini 0,40 dollar/barel, ABŞ üçün isə 1,4 dollar/barel artırıb. Bununla da Asiyada “Arab Light” neftinin qiyməti keçən ilin mart ayından bəri ən yüksək səviyyəyə çatıb. Şirkət həmçinin qiyməti dəyişməz olaraq qalan “Arab Heavy” sortundan başqa, bütün növ neft markaları üçün qiymətləri qaldırıb.

Digər tərəfdən, “Saudi Aramco” Avropadakı alıcılar üçün neftin qiymətini endirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hər ayın əvvəlində istehlakçıların sifarişləri əsasında çatdırılma qrafiki hazırlayır./Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər