21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Macarıstanlı nazir: “Azərbaycan qazından asılı ola bilərik”
Tarix: 10-03-2021 13:38 | Bölmə: İqtisadiyyat
Macarıstanlı nazir: “Azərbaycan qazından asılı ola bilərik”

“2020-ci ilin sonunda yeni reallıq ortaya çıxdı, Cənub Qaz Dəhlizi istifadəyə verildi. Bu ilin sonunda Macarıstan da Cənub Qaz Dəhlizinə birləşəcək”.

Reyting.az
xəbər verir ki, bunu bu gün Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra Macarıstanın Xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

P. Siyarto bildirib ki, Macarıstan qaz boru xətləri Serbiya qaz kəmərləri ilə birləşəcək:

“Macarıstanın Cənub Qaz Dəhlizindən qaz alması vacibdir. Azərbaycan qaz istehsalını artıra da bilər. Bunun nəticəsində biz əhəmiyyətli miqdarda qaz ala və 2023-2024-cü illərdə Azərbaycan qazından asılı ola bilərik. Hətta SOCAR-la danışıqlar da başlanıb ki, lazımi kəmərlər tikilsin”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər