21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Həkimlərin əlavə ödənişləri və əməkhaqları gecikir
Tarix: 11-03-2021 09:36 | Bölmə: İqtisadiyyat
Həkimlərin əlavə ödənişləri və əməkhaqları gecikir

1 saylı Kliniki Tibbi Mərkəzin (Keçmiş Semaşko xəst.-red.) həkimləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün onlara verilən əlavələr yanvar ayından ödənilmir.

Reyting.az
xəbər verir ki, bu barədə Oxu.Az-a xəstəxanada çalışan həkimlər bildiriblər. Onların sözlərinə görə, əlavə ödənişlərlə yanaşı fevral ayının əməkhaqları da verilməyib.

Məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildiriblər ki, bu gün ərzində ödəniş olacaq:

“Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yanvar ayı üzrə iş vaxtına mütənasib olaraq aylıq vəzifə maaşının 3-5 misli məbləğində müddətli əlavələrin ödənişi davam edir. Ödənişlərin 11 mart tarixində başa çatması nəzərdə tutulur”.

“Dövlət tibb müəssisələri tərəfindən siyahılar göndərildikdən sonra agentlik fevral ayı üzrə də ödənişlərə başlayacaq”, - deyə qurumdan bildirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər