21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycanda kadr inzibatçılığı köklü şəkildə rəqəmsallaşdırılacaq
Tarix: 13-03-2021 14:58 | Bölmə: İqtisadiyyat
Azərbaycanda kadr inzibatçılığı köklü şəkildə rəqəmsallaşdırılacaq

“Rəqəmsal məşğulluğu əsas hədəf olaraq müəyyən etmişik. Bu istiqamətdə geniş Tədbirlər Planı hazırladıq”.

Bunu Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkil etdiyi “Rəqəmsal Məşğulluq” mövzusunda onlayn konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, Tədbirlər Planı çərçivəsində 8 böyük layihə icra edilir: “Bunlardan birincisi əmək münasibətləri altsistemidir. Ümumiyyətlə, nazirlik olaraq 18 böyük sistemimiz var. Bunlardan biri “Əmək münasibətləri və məşğulluq” altsistemidir (ƏMAS). Yaxın günlərdə biz bu sistemin icrasına başlayacağıq”.

M.Abbasbəyli bildirib ki, sözügedən sistemin tətbiqi ilə kadr inzibatçılığı sahəsini köklü şəkildə rəqəmsallaşdırırıq: “Bu proqramın tətbiqi ilə ölkədə bütün kağız daşıyıcılarda olan bütün kadr əməliyyatlarını elektron müstəviyə keçiririk. Biz əmək kitabçasını, sosial kartları mərhələli olaraq dövriyyədən çıxardırıq. Bütün əmrləri, strukturu, ştat cədvəlini, ezamiyyə vərəqələrini elektron müstəviyə keçiririk. Əsas əmək müqavilələrin özünü elektron daşyıcıya keçirəcəyik. Bununla biz ölkədə çox önəmli rəqəmsal yanaşmaya gəlib-çıxacağıq ki, bu, iqtisadiyyatda önəmli rol oynayan özəl sektorun nümayəndələri üçün kifayət qədər önəm kəsb edəcək. İnanırıq ki, bu, kiçik və orta biznesin inkişafında önəmli rol oynayacaq. Çünki biz bilirik ki, kiçik və orta biznesə başlayan şəxs bu sistemin tətbiqi ilə xərclərini sıfıra endirir”.

Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən “2020-ci ildə “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platformasının yaradılmasına başlanılıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər