21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bankların nizamnamə kapitalı 131,7 milyon manat artıb
Tarix: 15-03-2021 09:46 | Bölmə: İqtisadiyyat
Bankların nizamnamə kapitalı 131,7 milyon manat artıb

2020-ci ildə Azərbaycanda bankların restrukturizasiyası prosesi “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq davam etdirilib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hazırda sektorun kapital adekvatlığı minimum requlyativ tələbi 2 dəfədən çox üstələyir.

Bildirilir ki, hesabat dövründə bankların aktivlərinin keyfiyyətinin qiymətləndirilməsi aparılıb, nəticələr bank menecmenti ilə geniş müzakirə olunub, müvafiq tapşırıqlar verilib. Kreditləşmənin dəstəklənməsi məqsədilə bank sektorunun sağlamlaşdırılması və kapitallaşdırılması tədbirləri davam etdirilib. Ötən il banklar nizamnamə kapitalını ümumilikdə 131,7 milyon manat artırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər