21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
"S&P": Gələn il MDB-də ən yüksək iqtisadi artım tempi Azərbaycanda olacaq
Tarix: 15-03-2021 16:27 | Bölmə: İqtisadiyyat
"S&P": Gələn il MDB-də ən yüksək iqtisadi artım tempi Azərbaycanda olacaq

"S&P Global Ratings"in ("S&P") beynəlxalq reytinq agentliyinin proqnozlarına əsasən, 2022-ci ildə MDB ölkələri arasında (Gürcüstan da daxil olmaqla) ÜDM-in ən yüksək artım tempi Azərbaycanda qeyd alınacaq.

Bu barədə "S&P"nin analitiklərinin hazırladığı yeni proqnozda deyilir.

Qeyd olunur ki, 2021-ci ildə Azərbaycanda ÜDM istehsalı 2,1%, 2022-ci ildə isə 5,7% artacaq.

Digər ölkələrə gəldikdə, 2022-ci ildə Tacikistanda iqtisadiyyatın 5,1%, Özbəkistanda – 5,5%, Gürcüstanda – 4,5%, Ukraynada – 3%, Qazaxıstanda – 3,6%, Ermənistanda – 4,5%, Rusiyada – 2,7%, Belarusda isə 2% böyüyəcəyi proqnozlaşdırılır.

Agentliyin ekspertləri kəskin iqtisadi canlanmanı COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və vaksinasiyanın daha böyük miqyasa çatması ilə əlaqələndirir. Bundan əlavə, pandemiya dövründə digər regionlarla müqayisədə daha qısa məhdudiyyətlər tətbiq olduğuna görə, MDB regionu pandemiyadan daha az təsirlənib və nəticədə, pandemiyadan əvvəlki səviyyələrə qayıtması daha tez baş verəcək.

"S&P"nin mütəxəssisləri regiondakı əsas riskləri hazırda vaksinasiya prosesinin istənilən kimi getməməsinin və hökumətlər tərəfindən əhaliyə göstərilən yardımların lazım olandan tez və ya uzanmasını (dövlət borcunun artımı) dayandırılmasını hesab edir.

Xatırladaq ki, Dünya Bankı bu il Azərbaycanda ÜDM-in – 1,9%, BMT – 2%, "Moody's Investors Service" isə 4% artacağını proqnozlaşdırır. Faktiki göstəricilərə gəldikdə isə, 2020-ci ildə ölkədə ÜDM istehsalı 4,3% azalıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər