21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Çoxsaylı məhsulların qiyməti artıb - Siyahı
Tarix: 16-03-2021 09:27 | Bölmə: İqtisadiyyat
Çoxsaylı məhsulların qiyməti artıb

Bu ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarında qiymət artımı qeydə alınıb.

Reyting.az
-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, daha çox bahalaşma unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, yumurtanın, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətində qeydə alınıb.

Ucuzlaşmaya gəldikdə, bu, əsasən mal və qoyun ətinin qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətində ciddi dəyişikliyin olmadığı bildirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər