21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycan “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
Tarix: 16-03-2021 17:15 | Bölmə: İqtisadiyyat
Azərbaycan “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin fevral ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 741 min barrel olub.

Bu barədə Reyting.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilir ki, hasilatın 593 min barrelini xam neft, 148 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib. Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barrel həcmində qalacağı nəzərdə tutulub. Gündəlik xam neft hasilatı isə 595 min barrel səviyyəsində saxlanılacaq. “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 milyon barrel təşkil edəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər