21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Baş nazir: "Bahalaşma ilə bağlı tədbirlər görüləcək"
Tarix: 16-03-2021 17:20 | Bölmə: İqtisadiyyat
Baş nazir: "Bahalaşma ilə bağlı tədbirlər görüləcək"

“Deputatlar çox düzgün olaraq qiymətlərin bahalaşması məsələsini qaldırıb. Azərbaycan hökuməti bu məsələni diqqətdə saxlayır və bununla məşğul olacaq”.

Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Bir çox hallarda bizdən asılı olmayan məsələlər də var. Bu məsələ ilə bağlı tədbirlər görüləcək. Bəzən qiymət artımını yanacağın qiymətinin artması ilə də bağlayırlar. Təbii ki, bunun da təsiri var”, - Baş nazir vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər