21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bu uşaqlara müavinətin verilməsi proseduru müəyyənləşib
Tarix: 17-03-2021 12:58 | Bölmə: İqtisadiyyat
Bu uşaqlara müavinətin verilməsi proseduru müəyyənləşib

Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətin verilməsi proseduru müəyyən edilib.

Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 181-VIQD nömrəli Qanuna müvafiq olaraq övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət növü müəyyən edilib.

Bununla əlaqədar olaraq, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarında dəyişiklik edilib və həmin Qərarda 18 yaşınadək uşağa görə müavinətın verilməsi proseduru müəyyən edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər