18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisi ilə nəql olunacaq
Tarix: 17-03-2021 13:06 | Bölmə: İqtisadiyyat
Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisi ilə nəql olunacaq

SOCAR və "Qazprom Export" şirkəti Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb.

Rusiya mətbuatının verdiyi məlumata görə, bu, "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri zamanı Ermənistandakı istehlakçılara qaz tədarükünün (Azərbaycan ərazisi ilə – red.) davam etdirilməsinə imkan verəcək.

Məlumata görə, iki tərəf arasında müqavilə martın 16-da imzalanıb. Müqaviləyə əsasən, sözügedən qaz kəmərinin Rusiya hissəsində aparılacaq planlı profilaktik təmir işləri zamanı qaz istehlakçılara Azərbaycan ərazisi ilə Gürcüstan sərhədinədək çatdırılacaq. Qeyd olunur ki, təmir işləri üç həftəyə yaxın davam edə bilər. İşlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək.

SOCAR-dan "APA-Economics"ə bildirilib ki, "Şimali Qafqaz – Zaqafqaziya" magistral boru kəmərində müvəqqəti təmir işləri aparılır.

"Bununla əlaqədar Rusiya tərəfi özünə məxsus olan təbii qazın Azərbaycan ərazisindən Gürcüstan ərazisinə tranzit nəqli ilə bağlı Azərbaycana müraciət etmiş, müvafiq ödəniş müqabilində Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana müvəqqəti tranzit nəqli ilə bağlı razılıq əldə olunub", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, qazın nəqlinə bu gün start veriləcək.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}