21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
BMT: "Bu il dünya iqtisadiyyatı 10 trilyon dollardan çox vəsait itirəcək"
Tarix: 18-03-2021 11:50 | Bölmə: İqtisadiyyat
BMT: "Bu il dünya iqtisadiyyatı 10 trilyon dollardan çox vəsait itirəcək"

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) 2021-ci ildə qlobal iqtisadi artım proqnozunu 4,7%-dək yaxşılaşdırıb.

Bu barədə UNCTAD-nin hesabatında deyilir.

“Dünya iqtisadiyyatın bu il sentyabr ayındakı proqnozdan (4,3%) daha sürətli - 4,7% səviyyəsində artacağı gözlənilir. Bu məsələdə peyvəndin yayılmasında irəliləyiş əldə olunan və 1,9 trulyon ABŞ dolları dəyərində yeni büdcə stimulu olan ABŞ-da daha güclü bərpa prosesinin olması da müəyyən rol oynayır”, - UNCTAD-nin cümə axşamı dərc olunan hesabatında vurğulanır.

Ekspertlər bu ilin sonuna qlobal iqtisadi artımın COVID-19 pandemiyasından əvvəl mövcud olan tendensiyadan 5% aşağı olacağını proqnozlaşdırırlar. Eyni zamanda, mütəxəssislərin qiymətləndirməsinə görə, 2021-ci ilin sonunadək dünya iqtisadiyyatı koronavirus pandemiyasından əvvəl dünyada mövcud olan artım meyllərinin davam edəcəyi təqdirdə əldə edə biləcəyi 10 trilyon dollardan çox vəsaiti itirmiş olacaq.

UNCTAD-nin məlumatına görə, dünya iqtisadiyyatına dəyən zərər əsasən məhdud maliyyə sahəsi və beynəlxalq dəstəyi az olan inkişaf etməkdə olan ölkələrdə hiss olunur.

Hesabat müəllifləri dünyada davam edən çoxtərəfli əməkdaşlığın zəifliyinə və uğurlu inkişaf perspektivlərini pisləşdirən bərabərsizlik problemləri ilə məşğul olmaq istəklərinin olmamasına diqqət çəkirlər. “Bu məsələdə dəyişiklik olmazsa, nataraz bərpa, yeni şoklara qarşı həssaslıq və təhlükəsizliyin olmaması bir çoxları üçün yeni normal hallara çevriləcək”, - UNCTAD bildirib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər