21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İctimai iaşə dövriyyəsi 2,9 dəfə azalıb
Tarix: 18-03-2021 14:16 | Bölmə: İqtisadiyyat
İctimai iaşə dövriyyəsi 2,9 dəfə azalıb

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından başlayaraq turizm sektorunun əsas elementlərindən biri olan iaşə müəssiələrinin fəaliyyətində yaranmış tənəzzül hələ də davam etməkdədir.

Reyting.az
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə azalaraq 78,1 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,7 %-i hüquqi şəxslərin, 59,3 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2,8 dəfə azalaraq 31,4 milyon manat olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər