21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Dollar qalxır, manatı nə gözləyir? - Vüqar Bayramovdan açıqlama
Tarix: 24-03-2021 15:49 | Bölmə: İqtisadiyyat
Dollar qalxır, manatı nə gözləyir? - Vüqar Bayramovdan açıqlama

“Qlobal valyuta bazarında dolların məzənnəsinin möhkəmlənməsi müşahidə olunmaqdadır”.

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, avro da dollara nisbətən dəyər itirməkdədir: "Bir müddət əvvəl 1 avro almaq üçün 1.20 dollar ödəmək lazım idisə, indi məzənnə 1.18-dək azalıb. Bugünkü birja nəticələrində dollar, demək olar, bütün səbət valyutalara nisbətən möhkəmlənib. Türkiyə lirəsindən sonra şimal qonşumuzda da milli valyuta dollar qarşısında dəyərsizləşib. Belə ki, 1 həftə öncə 1 dollar üçün 72 rubl ödəmək lazım idisə, indi bu rəqəm 76 rubladək dəyişib. Dolların səbət valyutalara nisbətən dəyər qazanması Birləşmiş Ştatlarda yeni fiskal stimullaşdırma paketi hazırlaması və Federal Ehtiyatlar Sisteminin (FES) monetar siyasəti normallaşdırmaq cəhdləri ilə bağlıdır”.

Vüqar Bayramov bildirir ki, “Fitch” agentliyi ABŞ üçün 2021-ci ildə iqtisadi artım proqnozunu 4.5 faizdən 6.2 faizədək yüksəldib:

“Bununla yanaşı, bir sıra ölkələrdə o cümlədən Rusiya və Türkiyədə milli valyutaların dollara nisbətən ucuzlaşmasının yerli spesifik səbəbləri də var. Azərbaycanda valyuta bazarında Mərkəzi Bankın intervensiyası hələ də həlledici olaraq qalmaqdadır. Bu baxımdan, qlobal valyuta bazarındakı dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər