21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Deputat: “Ölkəmizin aktiv iştirak etdiyi dəhlizin əhəmiyyəti daha da artacaq”
Tarix: 29-03-2021 10:37 | Bölmə: İqtisadiyyat
Deputat: “Ölkəmizin aktiv iştirak etdiyi dəhlizin əhəmiyyəti daha da artacaq”

“Aralıq dənizi və Qırmızı dənizi bir-birinə bağlayan Süveyş kanalında baş verən gəmi qəzasından sonra kanalın qismən bərpası mümkün olsa da, hələ ki, bu dəhliz tam gücü ilə çalışmır. İlkin qiymətləndirmələrə görə, bu kanalın bir həftəlik bağlanması dünya iqtisadiyyatı üçün 10 milyard dollaradək xərc yaradır. Dəniz nəqliyyatının bağlanması Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) nəqlini də çətinləşdirirdi”. Reyting.az xəbər verir ki, bunu Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov bildirib.

V. Bayramov qeyd edib ki, Süveyş kanalında baş verən son qəza neft bazarında ilk gün 5 faizə yaxın qiymət artımına səbəb olsa da təchizat ilə bağlı investorların narahatlıqları son günlər xeyli səngiyib və bu da “qara qızıl”ın birjalarda satışının bu gün 2 faizlik azalma ilə başlamasına səbəb olub:

“Göründüyü kimi, fundamental səbəblər olmadan neftin qiyməti hələlik 70 dollarlıq psixoloji həddi keçib və o intervalda stabilləşməsi real görsənmir.

Bununla yanaşı, Süveyş kanalında baş verən gəmi qəzası ölkəmizin də aktiv iştirak etdiyi Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini daha da artıracaq”.

Deputat bildirib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi şimaldan yüklərin Azərbaycan üzərindən Hindistana qədər daşınmasına imkan yaradacaq: “Azərbaycan həm investisiya, həm infrasturuktur baxımından layihənin reallaşmasına dəstək verir. Layihənin genişlənməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir.

Beləliklə, Süveyş kanalında baş verən qəza dünya üçün beynəlxalq nəqliyyat dəhlizləri baxımdan yeni reallıqları gündəmə gətirdi”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər