21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Hökumət bu avtomobillərin yol vergisinə cəlbi ilə bağlı qərar verib
Tarix: 29-03-2021 15:57 | Bölmə: İqtisadiyyat
Hökumət bu avtomobillərin yol vergisinə cəlbi ilə bağlı qərar verib

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə qərarda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Reyting.az
xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına dəyişiklik edilib.

Qüvvədə olan qərara əsasən, yol vergisi xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilirdi. Dəyişikliyə əsasən, avtomobilin xarici dövlətlərdə qeydiyyatda olmasının nəzərə alınması şərti əlavə olunur.

Beləliklə, əsasən, yol vergisi artıq xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödəniləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər