12:18 / 28-04-2025
Sabah yağış yağacaq
12:35 / 27-04-2025
Sabah yağış yağacaq
İraq gündəlik neft hasilatını artıracaq
Tarix: 29-03-2021 16:37 | Bölmə: İqtisadiyyat
İraq gündəlik neft hasilatını artıracaq

İraq 2029-cu il üçün gündəlik neft hasilatının həcmini 4,8 mln. bareldən 8 mln. barelədək artırmağı planlaşdırır.

Bu barədə İraqın neft naziri İhsan Abdel Caber bildirib.

Onun sözlərinə görə, gələcəkdə bu göstərici 12 mln. barelədək yüksələ bilər.

Nazirin fikrincə, bu plan dünya neft bazarlarının sabitliyini qorumaq üçün əldə olunan “OPEC+” hasilatının azaldılmasına dair razılaşmaya zidd deyil.

Qeyd edilir ki, ölkədə neft hasilatının artırılması “Məcnun”, “Zubeir” və “Rumeila” neft yataqları hesabına təmin ediləcək/APA.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb