21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Aİ "Moody's"i cərimələyib
Tarix: 30-03-2021 13:24 | Bölmə: İqtisadiyyat
Aİ "Moody's"i cərimələyib

Avropa Qiymətli Kağızlar və Bazarlar Təşkilatı (ESMA) "Moody's" kredit reytinqi agentliyini maraqların münaqişəsi üzrə məlumatların açıqlanmaması da daxil olmaqla bir sıra qaydanı pozduğuna görə 3,7 mln. avro (4,35 mln. ABŞ dolları) məbləğində cərimələyib.

"Reuters"in verdiyi məlumata görə, pozuntular agentliyin səhlənkarlığı nəticəsində baş verib və "Moody's"in Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniyada yerləşən bölmələrinə qeydə alınıb. ESMA-ya görə, "Moody's" səhmdarların maraqlarının münaqişəsini idarə etmək üçün qeyri-adekvat daxili siyasət və proseduralardan istifadə edib. Sözügedən proseslər 2013-2017-ci illərdə baş verib.

"Moody’s Investors Service" şirkətinin sözçüsü "Reuters"ə bildirib ki, şirkət Aİ qanunlarını pozmaq niyyətində olmayıb və bunun reytinqlərin keyfiyyətinə heç bir təsiri olmayıb. ESMA öz növbəsində, kredit agentliklərinin səhmlərinin 10%-nə və ya daha çoxuna sahib olduqları və ya İdarə Heyətində mövqe sahib olduqları şirkətlərə reytinq vermələrini əngəlləyən qanunun pozulduğunu bildirib.

Xatırladaq ki, bir neçə il əvvəl sözügedən qurum "Fitch" reytinq agentliyini oxşar qaydaları pozduğuna görə 5,1 mln. avro məbləğində cərimələmişdi/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər