21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Nazirlik “Azərsu” ASC-nin idarə rəisini cərimələyib
Tarix: 30-03-2021 14:41 | Bölmə: İqtisadiyyat
Nazirlik “Azərsu” ASC-nin idarə rəisini cərimələyib

“Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynov işçini qanunsuz işdən çıxardığına görə cərimələnib.

Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ona nzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə cərimə yazıb.

Bu əmələ görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilir.

Cərimə protokolu ilə razılaşmayan Xürrəm Hüseynov məhkəməyə müraciət edib. Şikayətə Binəqədi Rayon Məhkəməsində baxılacaq/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər