12:06 / 03-02-2026
Tehranda bazar yanır
10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
Banklar 830 şəhidə aid 1 500-dən çox kredit borcunu silib
Tarix: 30-03-2021 16:09 | Bölmə: İqtisadiyyat
Banklar 830 şəhidə aid 1 500-dən çox kredit borcunu silib

Azərbaycan bankları tərəfindən fərdi yanaşma əsasında şəhid ailələrinin, yaralı hərbiçilərin və mülki şəxslərin öhdəliklərinin silinməsi təmin edilib.

Azərbaycan Banklar Assosiasiyasından verilən məlumata görə, nəticədə 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borc, həm də faizlər silinib.

Eyni zamanda, şəhidlərin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət alan hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olan 15 nəfər və ciddi zərər çəkən 9 nəfər mülki şəxsin borc öhdəlikləri banklar hesabına tamamilə bağlanıb/APA.




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb