12:06 / 03-02-2026
Tehranda bazar yanır
10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
Daha 20 dövlət əmlakı hərracda özəlləşdirilib
Tarix: 31-03-2021 15:48 | Bölmə: İqtisadiyyat
Daha 20 dövlət əmlakı hərracda özəlləşdirilib

Martın 30-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirib.

Reyting.az
nazirliyə istinadən xəbər verir ki, hərracda 20 əmlak özəlləşdirilib.

Bunlardan 4-ü kiçik dövlət müəssisəsi, 15-i nəqliyyat vasitəsi, 1-i isə səhmdar cəmiyyətidir. Rəqabət mühitində keçən hərracda ümumilikdə 42 sifariş verilib.

Özəlləşdirilən kiçik dövlət müəssisələri Bakı şəhəri və Qusar rayonunda yerləşir. Hərracda "Yevlax Kəndtəchizat" ASC-nin səhm paketi də satılıb.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3u7D6ZU)




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb