21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumu arasında Razılaşma imzalanıb
Tarix: 01-04-2021 15:15 | Bölmə: İqtisadiyyat
Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumu arasında Razılaşma imzalanıb

Dünya İqtisadi Forumunun IV Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılmasına dair Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumu arasında Razılaşma imzalanıb.

İqtisadiyyat Nazirliyindən Reyting.az-a bildirilib ki, sənədi nazir Mikayıl Cabbarov və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende imzalayıblar. Bu gündən fəaliyyətə başlayacaq Mərkəzin yaradılmasının əsası ötən il yanvarın 21-də Davos şəhərində (İsveçrə) keçirilmiş Dünya İqtisadi Forumunda Prezident İlham Əliyev və B.Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub.

Afiləedilmiş Azərbaycan Mərkəzi MDB-də il belə mərkəzdir. Mərkəzin funksiyalarını İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi həyata keçirəcək. Bu publik hüquqi şəxs ölkə prezidentinin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb, əsas məqsədi IV Sənaye İnqilabının yaratdığı imkanlardan maksimum istifadə edilməsi, ölkəmizin bu sahədə qabaqcıl dövlətlər sırasında qərarlaşmasının təmin olunmasıdır. Bu baxımdan IV Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi kimi aparıcı qurumla əməkdaşlıq uğurlu başlanğıc hesab edilə bilər.

IV Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsini 2017-ci ilin martında Dünya İqtisadi Forumu təşkil edib.

Mütərəqqi texnologiyaların səbəb olduğu sürətli inkişafın tempinə uyğunlaşmaq üçün müştərək fəaliyyətə ehtiyac olduğu qənaətinə gələn Dünya İqtisadi Forumu tərəfdaşların idarə etdiyi mərkəzlərin (afiləedilmiş mərkəzlər) təşkilinə başlayıb. Hazırda IV Sənaye İnqilabı Şəbəkəsinin 13 mərkəzi var. Bunlardan 9-u Afiləedilmiş Mərkəz, 3-ü Forumin idarə etdiyi mərkəz və ABŞ-ın San-Fransisko şəhərində yerləşən mənzil qərargahdır.

Dünya İqtisadi Forumunun IV Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin əsas məqsədi yeni qabaqcıl texnologiyaların sürətli mənimsənilməsi və onların vətəndaşlara və ictimai marağa xidmət göstərməsi məqsədilə həmin texnologiyaların tətbiqi və idarə edilməsinin inkişafıdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər