21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Nazir: "Neft bazarı hələlik bərpa olunmaqdan uzaqdır"
Tarix: 01-04-2021 17:58 | Bölmə: İqtisadiyyat
Nazir: "Neft bazarı hələlik bərpa olunmaqdan uzaqdır"

"OPEC+" ölkələrinin son aylar ərzində neft bazarında ehtiyatlı siyasəti doğru çıxdı, müttəfiqlər gələcək fəaliyyətlərində bu cür çevik bir yanaşma tərzi qoruyub-saxlamalıdırlar.

Bu barədə Səudiyyə Ərəbistanının enerji naziri Şahzadə Abdel Əziz bin Salman "OPEC+" nazirlərinin toplantısında deyib.

Onun sözlərinə görə, qlobal neft bazarı hələlik bərpa olunmaqdan uzaqdır.

"Bazarın bərpası sübutu mübahisəsiz hala gələnədək ehtiyatlı mövqeyimizi qorumalıyıq", - nazir qeyd edib.

Öncə bildirilirdi ki, "OPEC+" ölkələri müzakirələrdə may ayı üçün neft hasilatı kvotalarının qorunması variantını, lakin iyun ayında tədricən artırılmasını düşünürlər.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib. Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barel həcmində qalacağı nəzərdə tutulub. Gündəlik xam neft hasilatı isə 595 min barel səviyyəsində saxlanılacaq. "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barel təşkil edəcək. Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 741 min barel olub. Qeyd olunan həcmlərin 593 min barelini xam neft, 148 min barelini isə kondensat təşkil edib. Bununla da Azərbaycan "OPEC+" razılaşması çərçivəsində öhdəliklərini, demək olar, tam yerinə yetirib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər