21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Avropa İttifaqında pandemiyaya görə işsiz qalanların sayı açıqlanıb
Tarix: 02-04-2021 13:43 | Bölmə: İqtisadiyyat
Avropa İttifaqında pandemiyaya görə işsiz qalanların sayı açıqlanıb

Avropa İttifaqı (Aİ) çərçivəsində koronavirus pandemiyasına qarşı tədbirlər nəticəsində 6 milyon nəfər işsiz qalıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Avropa iş yerləri və sosial hüquqlar komissarı Nikolas Şmit (Nicolas Schmit) bildirib.

“Aİ-də işsizlik 2020-ci ilin yanvar ayında 6,6 faiz idisə, bu ilin yanvar ayında 7,3 faizə çıxıb. Pandemiya 6 milyon insanın işsiz qalmasına səbəb oldu. Ən çox ziyan gənclərə dəydi, bu gün Aİ-də 3 milyonadək gənc işsizdir. Onların əldən getmiş nəsil olmamasını təmin etmək hamımızın borcudur”, – Avropa Komissiyasının rəsmisi vurğulayıb.

Gənclərin iş tapmasını asanlaşdırmaq üçün Avropa Komissiyası tərəfindən xüsusi məşğulluq proqramının və “Gənclər üçün zəmanətlər” layihəsinin başlandığını söyləyən N.Şmit 30 yaşadək hər bir gəncin ali məktəbdən məzun olmasından, yaxud iş yerini itirməsindən dörd ay ərzində keyfiyyətli iş yeri, təhsilin davamı və ya ixtisas artımına dair təklif alması nəzərdə tutulduğunu xatırladıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər