21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Subsidiyalardan təyinatı üzrə istifadə etməyənlər cərimələnəcək
Tarix: 02-04-2021 16:06 | Bölmə: İqtisadiyyat
Subsidiyalardan təyinatı üzrə istifadə etməyənlər cərimələnəcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Reyting.az
xəbər verir ki, dəyişikliklə məcəlləyə yeni 411-2 maddə (Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulması) əlavə edilir.

Yeni maddəyə əsasən, fermer tərəfindən "Elektron kənd təsərrüfatı" informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə - xəbərdarlıq ediləcək və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə olunacaq.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər