ANAMA: "Şuşaya atılmış raket "İskəndər-M" raketidir"
Tarix: 02-04-2021 16:23 | Bölmə: İqtisadiyyat
ANAMA: "Şuşaya atılmış raket "İskəndər-M" raketidir"

"Martın 15-də Agentlik tərəfindən Şuşa şəhərində aparılan təmizləmə əməliyyatı zamanı iki müxtəlif yerdən raket qalıqları aşkar olundu".

Bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov deyib.

O qeyd edib ki, aparılan tədqiqat zamanı raketin üzərində olan "9M723" indeks kodu yoxlanılıb:

"Bu zaman məlum olub ki, bu "İskəndər" raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Son aparılan araşdırma nəticəsində qənaətə gəlindi ki, atılmış raket "İskəndər-M" raketidir. Hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar keçirilməkdədir"/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}