21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Nazirlərin görüşü neftin qiymətlərinə müsbət təsir göstərib
Tarix: 04-04-2021 09:34 | Bölmə: İqtisadiyyat
Nazirlərin görüşü neftin qiymətlərinə müsbət təsir göstərib

OPEC+ sazişi üzrə neft hasilatının artırılması 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür.

Reyting.az
xəbər verir ki, bunu “Trend”ə Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.

O bildirib ki, OPEC və təşkilata daxil olmayan ölkələrin nazirlərinin aprelin 1-də keçirilən görüşü neft qiymətlərinə müsbət təsir göstərib:

"Brent və WTI markalı neftin qiyməti 3-4 faiz artıb. "Brent" həftəni 64,84 dollar/barel, WTI 61,45 dollar/barel həddində bağlayıb".

Ekspert bildirib ki, bahalaşma bir sıra səbəblərdən baş verib:

"OPEC+ ölkələri növbəti dəfə asanlıqla vahid razılıq əldə edə bildilər və bu, neft bazarlarına müsbət təsir göstərdi. Təşkilata may, iyun və iyul üçün hasilatı artırsa da, bu, 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür. OPEC+ qərarları yaxşı icra olunur, fevral ayında müvafiq qərarın icrası 115 faiz yerinə yetirilmişdi. Bundan başqa, ABŞ və Asiya iqtisadiyyatlarından alınan müsbət siqnallar da pandemiya ilə bağlı mövcud qeyri-müəyyənliyə baxmayaraq müsbət təsirini göstərir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər