10:09 / 14-05-2024
XİN İsraili təbrik edib
Azərbaycanda pul nişanları tədavülə buraxılacaq
Tarix: 05-04-2021 17:56 | Bölmə: İqtisadiyyat
Azərbaycanda pul nişanları tədavülə buraxılacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı silsilə xatirə pul nişanlarının tədavülə buraxılmasını planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə Mərkəzi Bank açıqlama yayıb.

Bildirilib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əzəli torpaqlarımız olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən Müharibəsinin yaddaşlara həkk olunması, Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə silsilə xatirə pul nişanlarının tədavülə buraxılması planlaşdırılır.,




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}