21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Elektron siqaretlər üçün mayenin aksiz vergisi 5 dəfə artırılıb
Tarix: 05-04-2021 20:01 | Bölmə: İqtisadiyyat
Elektron siqaretlər üçün mayenin aksiz vergisi 5 dəfə artırılıb

Ölkəyə idxal edilən elektron siqaretlər üçün mayenin aksiz vergisi 5 dəfə artırılıb.

Reyting.az
-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, ölkəyə idxal edilən elektron siqaretlər üçün mayenin 1 litri üçün 100 manat aksiz vergisi tətbiq olunacaq. Əvvəl bu rəqəm 20 manat idi.

Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarına da aksiz vergisi tətbiq olunacaq. Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədi üçün 12,9 manat aksiz vergisi müəyyənləşib.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər