12:06 / 03-02-2026
Tehranda bazar yanır
10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
Neft sürətlə bahalaşır
Tarix: 07-04-2021 16:19 | Bölmə: İqtisadiyyat
Neft sürətlə bahalaşır

ABŞ hökumətinin ölkədəki neft ehtiyatlarının həcminə dair rəsmi açıqlaması ərəfəsində neftin qiymətləri artmaqda davam edir.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 14.11-ə olan vəziyyətə görə, “Brent” markalı neftin iyun fyüçersləri 0,99 faiz bahalaşaraq 63,35 ABŞ dollarından, WTI markalı neftin may fyüçersləri isə 0,91 faiz bahalaşaraq 59,86 dollardan satılıb.

API-nin məlumatına görə, ötən həftə ABŞ-dakı neft ehtiyatları 2,62 milyon barel azalıb. Bu gün axşam hökumətin verəcəyi rəsmi açıqlamada 1,44 milyon barel azalmanın bildirəcəyi gözlənilir.

Bununla yanaşı, “Brent” markalı neftin qiymətinin 60-65 dollar arasında sabitləşəcəyi güman edilir.

“OPEC+ çərçivəsində artacağı deyilən hasilat müvafiq şəkildə tələbat artımı ilə də təmin olunmalıdır” – deyə “Saxo Bank” eksperti Ole Hansen bildirib.




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb