Yeni qadağa: daha iki ölkədən Azərbaycana quş əti gətirilməyəcək
Tarix: 08-04-2021 12:02 | Bölmə: İqtisadiyyat
Yeni qadağa: daha iki ölkədən Azərbaycana quş əti gətirilməyəcək

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Estoniya Respublikasının Haryumaa (Harju) və Küveyt Dövlətinin Əl Ahmədi (Al Ahmadi) inzibati ərazi vahidlərində yüksək patogen “quş qripi” xəstəliyi qeydə alınıb.

Reyting.az
xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Estoniya Respublikasının Haryumaa və Küveyt Dövlətinin Əl Ahmədi inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniya Respublikasından və Küveyt Dövlətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}