21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Mərkəzi Bank banklara edilən güzəştlərin müddətini uzadıb
Tarix: 08-04-2021 17:48 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank banklara edilən güzəştlərin müddətini uzadıb

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti yeni növ koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydasına müəyyən dəyişiklər və əlavələr edib.

Reyting.az
Mərkəzi Banka istinadla xəbər verir ki, Qaydanın kreditlərin təsnifləşdirilməsi haqqında olan hissəsində kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlərin təsnifat kateqoriyası borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq pisləşdirmə tarixi 1 yanvar 2021-ci ildən 1 aprel 2021-ci il tarixinədək uzadılıb.

Kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlər restrukturizasiya olunduqda onun restrukturizasiyaya qədərki təsnifat kateqoriyası pis pisləşdirmə tarixi 1 yanvar 2021-ci ildən 1 aprel 2021-ci il tarixinədək uzadılıb.

1 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilən güzəştli kreditlər isə restrukturizasiya olunduqda kreditin restrukturizasiyaya qədər olan təsnifat kateqoriyasının pisləşdirmə tarixi 1 yanvar 2021-ci ildən 1 aprel 2021-ci il tarixinədək uzadılıb.

Əlavələrə gəldikdə, tibbi ləvazimat və avadanlıqların istehsalçılarına verilən və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada biznes kreditləri isə artıq 1 aprel 2021-ci il tarixinədək 20%-li (0,2 əmsallı) risk qrupuna aid edilir.

Maliyyə sisteminə də toxunan qanun, sistem və sistem əhəmiyyətli olmayan banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalına tələbin yerinə yetirlimə tarixi üç ay azaldılaraq 1 iyul 2021-ci ildə təyin olunub.

Bundan əlavə, bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişləri 2020-ci ildə təxirə salınsa da, Qaydanın yeni əlavəsinə görə, artıq 1 iyul 2021-ci il tarixindən sonra ödənilməlidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər