21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Vergi orqanlarında işləmək istəyənlərdən bu sənədlər tələb olunacaq - Siyahı
Tarix: 09-04-2021 13:51 | Bölmə: İqtisadiyyat
Vergi orqanlarında işləmək istəyənlərdən bu sənədlər tələb olunacaq

Prezident İlham Əliyev “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, fərmana edilmiş dəyişikliklə vergi orqanlarına işə qəbul üçün aşağıdakı sənədlər tələb olunacaq:

1. Şəxsiyyəti təsdiq edən sənədin surəti;

2. Tərcümeyi-hal;

3. Kadrlar uçotunun şəxsi vərəqəsi;

4. 4x6 sm ölçüdə dörd ədəd, 9x12 sm ölçüdə bir ədəd rəngli fotoşəkil;

5. Ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) notarial qaydada təsdiq olunmuş surəti;

6. Əmək kitabçasının surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

7. Sağlamlıq haqqında arayış;

8. Narkoloji dispanserdən müayinə aktı və arayış;

9. Məhkumluğun olmaması barədə arayış;

10. Hərbi biletin və ya qanunla müəyyən olunmuş qaydada hərbi xidmətdən möhlət hüququ verilməsini təsdiq edən sənədin surəti (qadınlar istisna olmaqla).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər