21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib
Tarix: 12-04-2021 13:07 | Bölmə: İqtisadiyyat
SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.

Azərbaycan İnvestisiya Holdinqindən verilən məlumata görə, İclasda Azərbaycan Respublikası Prezidentinin şirkətlə bağlı verdiyi tapşırıqların icra vəziyyəti müzakirə olunub.

Müşahidə Şurasının sədri Mikayıl Cabbarov vurğulayıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Müşahidə Şurası SOCAR-ın funksionallığını daha da artırmaq istiqamətində fəaliyyət göstərir. Şura qabaqcıl təcrübə və idarəetmə tələbləri çərçivəsində Dövlət Neft Şirkətinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, idarə olunmasının müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün şirkətin İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində müvafiq addımlar atır. Dövlət başçısının Fərmanına əsasən, Müşahidə Şurası şirkətin uzunmüddətli inkişaf strategiyasının müəyyən olunması istiqamətində işləri davam etdirir.

İclasda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və İdarə Heyətinin üzvləri şirkətin 2020-ci il üzrə audit olunmamış, konsolidə edilmiş maliyyə nəticələrini təqdim ediblər.

Sonra iclasda Dövlət Neft Şirkətinin maliyyə nəticələrinin daha da yaxşılaşdırılması, Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək növbəti tədbirlər müzakirə edilib.

İclas iştirakçıları SOCAR-in inzibati binasında təşkil edilmiş “Azərbaycan nefti” sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan neft tarixinin həlledici mərhələlərini, neft ənənələrini, Ümummilli Lider Heydər Əliyevin uğurlu neft strategiyası nəticəsində əldə olunmuş nailiyyətləri, neftçilərin fədakar əməyini əks etdirən şəkil və eksponantlar nümayiş olunur.

İclas iştirakçıları həmçinin, Dövlət Neft Şirkətinin binasında yaradılmış böhran vəziyyətlərinin və fövqəladə halların idarə edilməsi otağının açılışında iştirak ediblər.

Qeyd edək ki, SOCAR-ın Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər