Mikayıl Cabbarov: "I rübdə qeyri-neft ixracı 16 % artıb"
Tarix: 12-04-2021 16:27 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov: "I rübdə qeyri-neft ixracı 16 % artıb"

Bu ilin I rübündə Azərbaycanın qeyri-neft ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% artaraq 501,6 milyon ABŞ dolları təşkil edib.

Reyting.az
xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Bu, Azərbaycan iqtisadiyyatının koronavirus (COVID-19) pandemiyası dövründə də dayanıqlığının göstəricisidir. 2021-ci ilin yanvar-mart ayları üzrə qeyri-neft ixracının həcmi müstəqillik illərinin analoji dövrü ilə müqayisədə rekord göstəricidir. Bu ilin ilk 3 ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 milyon ABŞ dollarını ötüb”, - deyə nazir əlavə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}