21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycanla Ukrayna arasında müştərək müəssisələr yaradılacaq
Tarix: 14-04-2021 10:46 | Bölmə: İqtisadiyyat
Azərbaycanla Ukrayna arasında müştərək müəssisələr yaradılacaq

Ukraynanın Baş nazirinin müavini, müvəqqəti işğal altında olan ərazilərinin reinteqrasiyası məsələləri üzrə naziri Aleksey Reznikovun başçılığı ilə bu ölkənin nümayəndə heyətinin Bakıya səfəri zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş baş tutub.

Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq iqtisadi sahədə bütün əməkdaşlıq spektrini müəyyənləşdirir: “İşğal olunmuş ərazilərin reinteqrasiyası və iqtisadi inkişafı ilə bağlı təcrübə mübadiləsi uzunmüddətli perspektivdə mövcud ikitərəfli əməkdaşlığın bütün sahələrini dərinləşdirmək üçün əlavə imkanlar yaratmaq üçün vacib şərtdir. Ukraynanın dövlət təşkilatları və özəl şirkətləri Azərbaycanın işğal olunmuş bölgələrinin infrastrukturunun bərpası üçün hədəfli layihələrin həyata keçirilməsində iştirak etməyə hazırdır. Bütün növ biznes fəaliyyətlərinin tətbiqi Ukrayna və Azərbaycan iqtisadiyyatının bütün strateji əhəmiyyətli sahələrində müştərək müəssisələrin yaradılmasına və istehsal kooperasiyasına yönəldilib".

Vurğulanır ki, hökumətlərarası səviyyədə qarşılıqlı fəaliyyət xarici ticarət əməliyyatlarının inkişafı, investisiya fəaliyyətləri, funksional və sahə layihələrinin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır: “ Əsas vəzifə hər iki ölkədə ticarət-iqtisadi əməkdaşlığın kəmiyyət göstəricilərini və işgüzar mühit üçün xidmətlərin keyfiyyətini artırmaqdır. Ukrayna ilə Azərbaycan arasında xarici iqtisadi fəaliyyətdə işgüzar əməkdaşlıq üçün əlavə mexanizmlərin yaradılması ticarət evləri, biznes assosiasiyaları və biznes forumların fəaliyyəti baxımından sürətlənir. Bölgələrarası tərəfdaşlıq ticarət-iqtisadi əməkdaşlığın bütün spektrini intensivləşdirməyə və Ukrayna ilə Azərbaycan arasında dostluq əlaqələrini gücləndirməyə yönəlib”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər