21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Fərdi sahibkarlara növbəti maliyyə yardımı verilib
Tarix: 14-04-2021 12:02 | Bölmə: İqtisadiyyat
Fərdi sahibkarlara növbəti maliyyə yardımı verilib

Pandemiyadan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı 4-cü mərhələ çərçivəsində 185 856 muzdlu işçini əhatə edən 20 442 vergi ödəyicisinə 41 753,0 min manat həcmində maliyyə dəstəyi göstərilib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələsi çərçivəsində 84 632 fərdi (mikro) sahibkara 30 198,4 min manat maliyyə dəstəyi göstərilib.

Müvafiq vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən vergi ödəyicilərinin bank hesablarına köçürülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər