21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib
Tarix: 14-04-2021 19:36 | Bölmə: İqtisadiyyat
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib.

Energetika Nazirliyindən Reyting.az-a bildirilib ki, alt İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda birinci iclasdan ötən dövr ərzində görülmüş işlər müzakirə edilib. Strategiyanın hazırlanması ilə bağlı fəaliyyət istiqamətlərinin, iş planının ilkin layihəsinin, alt-məqsədlər və hədəf göstəricilərinin, qəbul ediləcək dövlət proqramlarının, digər sənəd və tədbirlərin ümumi siyahısının hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyi bildirilib.

“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına alt İşçi Qrupunun fəaliyyət istiqaməti üzrə ixtisaslaşmış məsləhətçi şirkətin, digər dövlət orqanlarının, dövlət şirkətlərinin, elm və ali təhsil müəssisələrinin, konfederasiya, assosiasiya, vətəndaş cəmiyyətini təmsil edən təşkilatların və özəl qurumların nümayəndələrinin cəlb edilməsinə dair fikir mübadiləsi aparılıb. İşçi Qrupu üzvlərinin iş prosesinin təşkilinə dair təklifləri müzakirəyə çıxarılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər