Azərbaycan vətəndaşları martda Türkiyədə ev alışını 12% artırıb
Tarix: 15-04-2021 12:20 | Bölmə: İqtisadiyyat
Azərbaycan vətəndaşları martda Türkiyədə ev alışını 12% artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 251, təkcə martda isə 106 mənzil alıb.

Türkiyənin Statistika İdarəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 11,6% az və 11,6% çoxdur.

Ümumilikdə isə yanvar-martda qonşu ölkədə 9 992, təkcə martda isə 4 285 əmlak xarici vətəndaşlara satılıb ki, bu da illik müqayisədə 9,7% az və 39,3 % çoxdur.

Türkiyədə ən çox mənzil alanlar İran vətəndaşlarıdır. Bu ölkədən olanlar yanvar-martda 1 599, təkcə martda isə 663 mənzil əldə edib.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar rüb ərzində 1 461, ötən ay isə 644 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayıb. Bu ölkədən olanlar yanvar-martda 938, martda isə 419 mənzilə sahib olub.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}