21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
17,6 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb
Tarix: 16-04-2021 10:39 | Bölmə: İqtisadiyyat
17,6 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

Ölkəmizdə qurulan elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin ilk rübündə e-qaydada 17,6 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, onlardan 7,7 mini pensiya, 9,9 mini müavinət və təqaüd təyinatları olub.

Sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə pensiya, müavinət və təqaüd təyin edilib.

E-təyinat sistemləri xüsusilə postmüharibə dövründə şəhid ailələrinə sosial ödənişlərin operativ təyinatına imkan verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər