21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirilib
Tarix: 16-04-2021 11:34 | Bölmə: İqtisadiyyat
AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirilib

Prezident İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən yaradılmış “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının ilk iclası keçirilib.

Reyting.az
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla bildirir ki, Şuranın sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərliyi ilə baş tutmuş iclasda Şuranın üzvləri, AZAL-ın prezidenti Cahangir Əsgərov və İdarə Heyətinin digər üzvləri iştirak ediblər.

İlk olaraq Şura sədri və üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. R.Nəbiyev qeyd edib ki, regionun böyük aviadaşıyıcısı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biri olan AZAL-ın ölkə iqtisadiyyatında xüsusi rolu var.

O, xatırladıb ki, Azərbaycan iqtisadiyyatı yeni islahatlar mərhələsinə qədəm qoyub. Bu yeni mərhələdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi qarşıda duran əsas çağırışlardandır.

“Əminəm ki, Müşahidə Şurası AZAL-ın İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində çalışaraq qabaqcıl təcrübə və müasir idarəetmə hesabına Cəmiyyətin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək”, – deyə R.Nəbiyev vurğulayıb.

Daha sonra C.Əsgərov AZAL-ın fəaliyyəti üzrə aktual məsələlərlə bağlı çıxış edib.

İclasda eyni zamanda aviaşirkətin korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının funksiyası və səlahiyyətləri ilə bağlı Şuranın üzvü, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Zaur Qurbanovun təqdimatı dinlənilib. Ölkə prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər