21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Dövlət büdcəsinin qalığı 213 milyon manata düşüb
Tarix: 16-04-2021 12:17 | Bölmə: İqtisadiyyat
Dövlət büdcəsinin qalığı 213 milyon manata düşüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 5 736,4 milyon manat, xərcləri isə 5 523,7 milyon manat təşkil edib.

Reyting.az
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26,6% az və 5,1% çoxdur.

Son nəticədə büdcədə 212,7 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-fevral aylarının yekununda büdcə qalığı 559,6 milyon manat olmuşdu.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər